ELM VƏ TƏHSİL

Səyyar Sənəd Qəbulu Komissiyaları yaradılacaq

640

TQDK tərəfindən səyyar Sənəd Qəbulu Komissiyaları yaradılacaq

TQDK ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və həmin ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlərin rahatlığını təmin etmək və onların vaxtlarına və vəsaitlərinə qənaət olunması üçün səyyar SQK-lar yaradacaq. Belə ki, TQDK-nın Respublikanın müxtəlif bölgələrində yerləşən regional bölmələrinin (Gəncə, Xaçmaz, Şəki, Lənkəran, Şirvan, Göyçay, Ağcabədi və Naxçıvan ) əhatə etdiyi rayonların hər birində bir gün olmaqla səyyar SQK-lar fəaliyyət göstərəcək. Bunun nəticəsində ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər öz ərizələrini yaşadıqları rayonda yaradılacaq səyyar SQK-da təsdiq elətdirə biləcəklər.
Səyyar SQK-ların iş qrafiki ilə http://tqdk.gov.az/news/general/1279/ linkinə daxil olub tanış olmaq olar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı