KRİMİNAL 2019.12.04 10:58

Saatlıda qatar VAZ-la toqquşdu: ölən var

74

Saatlı rayonunda qatar avtomobillə toqquşub.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Saatlı rayonunun Hacıqasımlı kəndinin ərazisindən keçən hissəsində baş verib.

Rayon ərazisindən dəmir yolunun keçdiyi yerin qorunmayan hissəsində VAZ-2106 markalı avtomobil dəmir yoluna çıxıb. Nəticədə qatar avtomobili vurub. Qəza nəticəsində VAZ-2106 markalı avtomobildə olan sürücü dünyasını dəyişib, sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı