ƏSAS SƏHİFƏ

“SABAHFest”

672

“SABAHFest”ə qatıl, Oyunların coşğusunu hiss et!

“SABAHın Könüllüsü” proqramı çərçivəsində “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə “Bakı 2015” 1-ci Avropa Oyunları ərəfəsində SABAHın Könüllülərinin festivalı keçiriləcək.

“SABAHın Könüllüsü” Proqramı sizi 10 iyun tarixində saat 17:00-da İçərişəhərdə, Qoşa qala qapısının qarşısında keçiriləcək möhtəşəm “SABAHFest”də iştirak etməyə dəvət edir!

Proqramda sizləri peşəkar və həvəskar müğənnilərin ifası, SABAHın Könüllülərinin ifasında milli rəqslər, DJ performansı və diskoteka gözləyir. Bundan əlavə, festivalda “SABAHın Könüllüsü” proqramı çərçivəsində həyata keçirilən müsabiqələrin qalibləri mükafatlandırılacaq. Həmçinin siz “Bakı 2015” Viktorinasında iştirak edərək Avropa Oyunlarına bilet qazanmaq şansını əldə edəcəksiniz.

“SABAHFest” “SABAHın Könüllüsü” Proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərin hesabatı xarakterini daşımaqla bərabər həm də, SABAH könüllülərinin bir araya toplaşaraq ölkəmizin ev
sahibliyi etdiyi tarixi idman oyunlarına dəstəyini nümayiş etdirilməsi məqsədi ilə həyata keçirilir.

Siz də bu möhtəşəm tədbirin bir hissəsi olmağa tələsin! Dostlarınızla birlikdə I Avropa Oyunlarının həyəcanını hiss etmək şansını qaçırmayın! Festivalda 500-ə yaxın SABAH tələbəsinin iştirakı gözlənilir.

“SABAH Fest”də iştirak etmək üçün qeydiyyatdan keçin:

https://docs.google.com/forms/d/1Rnaxib5P5RrIoWCsiGmcbJ0lzMhwj34RRQUTFFRhEQo/viewform

11351144_1638120553073082_6715624308651887445_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı