KRİMİNAL 2020.09.20 17:50

Sabirabadda yeznə ov zamanı qaynını güllələdi

56

Sabirabadda yeznə qaynını güllələyərək öldürüb.
APA-ya  xəbər verir ki, hadisə rayonun Ulacalı kəndində baş verib.

Kənd sakini, 1981-ci il təvəllüdlü Nəsirov Zəka ov zamanı qaynı 1986-cı il təvəllüdlü Nəsirov Aqil Atamoğlan oğlunu ehtiyatsızlıqdan ov tüfəngi ilə üz nahiyəsindən güllələyərək öldürüb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılb, araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı