CƏMİYYƏT 2019.11.01 14:25

Sabitliyi pozmaq cəhdi fiaskoya məhkumdur

143

Son bir neçə ayda Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi, mədəni, diplomatik və sosial uğurları təhlil etmək üçün günlərlə şərh vermək, kitablar yazmaq olar. Bugünlərdə bir-birinin ardınca Azərbaycanın evsahibliyi etdiyi, paytaxt Bakıda keçirilən, pozmayan möhtəşəm tədbirləri görüncə, ölkəmizlə qürur hissi keçirməmək olmur.

Bakıda keçirilən möhtəşəm tədbirlərdən biri də Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oldu ki, bu da ölkəmizin beynəlxalq miqyasda tanındığını növbəti dəfə sübut etdi. 1961-ci ildə Qoşulmama hərəkatı yaradılanda Azərbaycan müstəqil dövlət deyildi – SSRİ-nin on beş subyektindən biri idi. Əlli il sonra – 2011-ci ildə Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olan Azərbaycan ən qısa müddətdə 120 üzv və 17 müşahidəçi ölkədən ibarət blokun lider dövlətinə çevrildi.

Müstəqil Azərbaycanın belə mötəbər siyasi təşkilata üzv olması və az vaxtda uğurlu fəaliyyəti ilə diqqəti cəlb etməsi dövlətin xarici siyasətinin doğru aparıldığını göstərir. Bu, ulu öndər Heydər Əliyev illər öncə hazırlanmış, siyasətinin bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilməsinin nəticəsidir. Belə uğurlu inkişafı yaşadığımız bir zamanda ölkəmizi xaosa, anarxiyaya sürükləmək istəyən qüvvələr də iş başındadır. Bu cür hallara qarşı ölkə vətəndaşları ayıq-sayıq olmalıdırlar.

Təxribatçı və kənardan idarə olunan yad meyilli qüvvələri ifşa etmək lazımdır. Əgər bu gün ölkədə Azərbaycanın uğurlarını qəbul etməyən, həyata keçirilən sosial-iqtisadi islahatlara əngəl törədən, mane olan, xalqın birliyini pozan, müstəqilliyin təməllərini laxladan qüvvələrə qarşı etinasız yanaşsaq, gələcək nəsillər bizi bağışlamayacaq. Bu gün özünü müxalifət adlandıran və asayişi pozmağa çağırışlar edən qüvvələrə xalq öz sözünü deməlidir. 

Nüstəqil Azərbaycanımızın halını düşünmək, qayğısına qalmaq lazımdır. Bu gün düşünməsək, sabah gec ola bilər. Ölkəmizi Yaxın Şərqin xarabazara çevrilmiş dövlətlərinin gününə salmaq istəyənlər bu xalqın rifahına çalışa bilməzlər. Belə ziyanlı düşüncə yayıcılarına qarşı hamılıqla mübarizə aparmalıyıq. Bu gün Azərbaycanı uğurlu gələcəyə aparan siyasi lider İlham Əliyevin ətrafında sıx birləşərək ona dəstək olmalıyıq ki, uğurlarımız daha da artsın və əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağımıza, işğal altında olan ətraf rayonlarımıza sahib çıxa bilək.

Yusif Alıyev,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı