ƏSAS SƏHİFƏ

Saçlarınızın sağlam olmasını istəyirsinizsə

372

Saçlara qulluq üçün faydalı məsləhətlər çoxdur. BİG.az bu faydalı məsləhətlərdən ən tez və təsirə malik olanını sizlərə təqdim edir:

Limonun saça faydaları çoxdur. Sağlam uzanmasıyla yanaşı limon saçlara parlaqlıq da verir.
Limon turşu tərkibli olduğu üçün saça çox tətbiq olunmamalıdır. Lakin düzgün tətbiq olunanda da mükəmməl nəticələr verəcəkdir. Doğru istifadə əhəmiyyətlidir. Eyni zamanda quru saç quruluşuna malik olanlar da limonu saçlarına tətbiq etməməlidir. Limon saç dərisindəki ölü dəriləri məhv edir və yağlanmaya mane olur. Saçınızın rəngini açmaq istəsəniz bunu limonla edə bilərsiniz. Bir neçə ədəd limonu sıxaraq içinə ilıq su əlavə edərək, sprey şüşəsinə tökdükdən sonra saçınıza tətbiq edə bilərsiniz. Bu qarışığı saçınıza vurduqdan sonra günəşə çıxdıqda saçlarınız rəngi açılacaqdır.

Kəpək problemi yaşayanlar bu problemi limon ilə həll edə bilərlər. Müxtəlif limon maskalarını tətbiq etdiyiniz təqdirdə saç kökləriniz canlanacaq, qan dövranınız sürətlənəcək, dəriniz rahat bir nəfəs alacaqdır.

Limon, bakteriyaların ölməsini təmin edir. Limonu birbaşa tətbiq etməklə yanaşı, şampuna da qarışdıraraq da saçlarınızı yuya bilərsiniz.

Saç qulluğunuzda da tez-tez istifadə etmək olar. Limon ilə hindistan qozunun suyunu qarışdırıb saçınıza sürtüb 30 dəqiqə gözləyirsiniz. Bu üsul saçınızın daha sağlam və daha sürətli uzanmasını təmin edəcəkdir. Saç tellərinizdə cansızlıq varsa parlaqlıq qazandırmaq üçün də bu maskadan rahatlıqla istifadə edə bilərsiniz.

Limonun ağardıcı təsiri olduğuna görə saç rəngi çox tünd olan adamlar bu maskadan istifadə etməsə yaxşı olar. Daha çox saç rəngi şabalıdı və sarıya çalan şəxslər istifadə edə bilər. Onsuz da açıq şabalıdı və sarışın saçlısınızsa rahat istifadə edə biləcəksiniz..

Bunu unutmamaq lazımdır ki, limon çox güclü turşuya malikdir. Limonu istifadə edərkən mütləq su və ya sirkəylə incəldib istifadə edin. Faydası olduğu qədərdən çox istifadə edildikdə və ya səhv tətbiq edildikdə da zərərləri ola bilər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı