CƏMİYYƏT 2020.05.02 11:14

Şad Xəbər 300-dək məhkum buraxılır

44

“Ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycanda humanizm siyasəti həyata keçirilib, bu siyasət bu gün də davam etdirilir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında komitə sədri, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu günə qədər ölkədə 68 əfv sərəncamı imzalanıb, 11 Amnistiya Aktı qəbul edilib.

“Bunlar kifayət qədər insana şamil olunub. Virusla əlaqədar ölkə başçısı tərəfindən son əfv sərəncamı da kifayət qədər insanı əhatə etdi. May ayı ərzində cəzasının az hissəsi qalan daha 300-dək şəxsin azadlığa çıxması nəzərdə tutulur” – deyə komitə sədri bildirib.

Siyavuş Novruzov deyib ki, azadlığa çıxan insanların sosial adaptasiyası problemi mövcuddur. Bu insanların 60%-i yenidən həbsə qayıdır. Çünki adaptasiya prosesində problemlər var. Komitə sədri bu problemin azadlığa çıxandan sonra yox, ona qədər yerində həll olunmalı olduğunu qeyd edib.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı