ƏSAS SƏHİFƏ

“Saf rənglər” adlı III Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalı

897

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində 2015-ci il 25 may-30 may tarixində saat 15:00-da “Saf rənglər” adlı III Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının açılış mərasimi keçirilir.
Sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə keçirilir.
“Saf rənglər” adlı III Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının baş sponsoru Turan Bankdır.
Müsabiqə beynəlxalq yönümlü olduğundan ölkəmizdə fəaliyyət göstərən 20-ə yaxın rəssamlıq studiyaları, incəsənət məktəbləri ilə yanaşı Fransa, Kuba, Koreya, Çin, Belarusiya, Misir, Mərakeş, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Almaniya, Fələstin, Hindistan və bir çox ölkələrdən uşaqların əl işləri də bu möhtəşəm yaradıcılıq festivlında nümaiş olunur.
Qeyd edək ki, sərgi müsabiqə yönümlü olduğundan müsabiqədə yer tutmuş uşaq və yeniyetmələr dəyərli hədiyyələrlə mükafatlandırılacaqdırlar. Sərgidə 700-ə yaxın əl işi nümayiş olunur. Dekorativ sənət nümunələri, rəsm əsərləri, həçinin kağı və transformer instalyasiya, tullantılardan yığılmış predmet yer almaqdadır. Festivalın xeyriyyəçilik ənənəsinə uyğun olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlara köməklik göstəriləcəkdir.
Müsabiqəyə uşaq və yeniyetmələrin təsviri sənətin bütün janrları üzrə yaratdıqları müxtəlif ölçülü əl işləri təqdim olunmuşdur. Hər bir ölkə və studiya ayrı-ayrı iştirakçılar öz bədii meyarları və estetik üstünlüklərini rəhbər tutaraq nümayiş üçün ən parlaq nəaliyyətlərini nümayiş etdirən işlərini təqdim edibdirlər.
Xatırladaq ki, Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksi növbəti dəfə bu yönümlü sərgi keçirir. Azərbaycanda I və II Beynəlxalq Uşaq Yaradıcılıq Festivalı 2013-2014-cü illərdə keçirilmişdir.
25 mayda açılışı olan III Beynəlxalq Uşaq Yaradıcılıq Festivalının təntənəli bağlanış mərasimi 30 may 2015-ci il tarixində saat 15:00-da baş tutacaqdır. Festival iştirakçıların mükafatlandırılma mərasimi və uşaqların konsert proqramı ilə yekunlaşacaqdır.
Festival Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, SEBA Asossasiyasının, “Kainat” gənclik mərkəzinin, “Black Street”in birgə dəstəyi ilə həyata keçirilir.

11244897_842326479185894_2688337425896656031_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı