Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının Təşkilatçılığı, Səbail Rayon İdman idarəsinin təşkilati dəstəyi ilə təşkil olunmuş “Sağlam bədəndə sağlam ruh” adlı layihə çərçivəsində təşkil olunmuş idman yarışının final oyunları baş tutmuşdur. Finalda üç komanda 1-ci, 2-ci və 3-cü yer uğrunda mübarizə aparmışdır. Yarışın sonunda 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri məlum olmuşdur.
Birinci yer: Fighters (Tarix) 398/420
Ikinci yer: Gladiators (Riyaziyyat və informatika) 394/420
Üçüncü yer: Boz qurd (Coğrafiya və ÇH) 267/420
Yarışın hakimləri: Beynalxalq dərəcəli hakim, bədən tərbiyəsi və idman kafedrasının baş müllimi Cəbrayılov Tofiq, bədən tərbiyəsi və idman kafedrasının baş müəllimləri Qəribov Rafiq və Musayev Musa olmuşdur.
Yarışın sonunda komandalar təltif olunmuşdur.
