ƏSAS SƏHİFƏ

“Sağlam ol Sağlam Yaşa” layihəsi

1.1K

1 Dekabr 2014-cü il tarixdən etibarən “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimi Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan  “Sağlam ol Sağlam Yaşa” layihəsinin əsas mərhələsinin icrasına başlayacaqdır.

3 ay müddəti əhatə edən layihənin, geridə qalmış ilk ayı hazırlıq olmuş və 01 dekabr 2014-cü il tarixdən başlayacaq növbəti iki ayı ərzində  təşkil ediləcək təlimlər silsiləsində 14 – 29 yaş arası yüzlərlə gəncin maarifləndirilməsi nəzərdə tutulmuşdur.

Təlimlər yanvar ayının sonunadək davam edəcəkdir. Təlimlərdə iştirak etmək istəyən şəxslər CV-lərini “Sağlam ol Sağlam Yaşa” layihəsi  yazmaqla [email protected][email protected] ünvanlarına göndərə bilərlər.

Layihənin əsas məqsədi gənclər arasında reproduktiv sağlamlığın qorunması, zərərli vərdişlərlə mübarizə istiqamətində sosial fəallığın artırılmasına nail olmaq, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırmasına yardımçı olmaq, təhsil işçilərini, valideynləri və ümumilikdə cəmiyyəti reproduktiv sağlamlığın qorunması və zərərli vərdişlərlə mübarizə istiqamətində maarifləndirmə işinə cəlb etməklə sağlam gəncliyin inkişafına töhvə verməkdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı