“Sağlamlığımız üçün vaksinasiya vacibdir” – Partiya sədri

30
Koronavirus bütün dünya üçün böyük təhlükədir. Sağlamlığımızı qorumaq üçün vaksinasiya olunmaq vacibdir.
Bunu Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. O bildirib ki, gələcəkdə görüləcək böyük işlərin öhdəsindən gəlmək üçün vaksinasiya vacibdir.
“Həvəslə bu işi görməliyik və siyasi partiyalar burada nümunə olmalıdır. Peyvənləmə vətəndaşların sağlamlığını qorumaq üçün edilir. Prezident İlham Əliyevə təşəkkür edirik ki, rahat şəkildə peyvənd olunmağımızı təmin edib”.
Qeyd edək ki, bu gündən ölkədə siyasi patiyaların nümayəndələrinin vaksinasiyasına başlanılıb.
