CƏMİYYƏT 2020.10.11 12:30

Sahibə Qafarova: Ermənistan heç bir insani-humanitar normalara hörmət etmədiyini bir daha göstərdi

23

Ermənistan öz cinayətkar mahiyyətini, terror dövləti olmasını və heç bir insani-humanitar normalara hörmət etmədiyini bir daha göstərdi. Bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz və çarəsiz qalan Ermənistanın silahsız və dinc insanlara gecə yuxuda olarkən raketlə hücum etməsi Azərbaycan xalqının şanlı tarixindən gələn qəhrəmanlıq və qorxusuzluq hissləri qarşısında və dünyanın gözü qarşısında kiçilməsindən başqa bir şey deyildir:

“Bu hücum bir daha bütün dünyaya Azərbaycanın haqlı mübarizə apardığını, Ermənistanın müharibəni belə ən dəyərsiz şəkildə apardığını açıq-aydın göstərir. Bu gecə Gəncədə həyatını itirən həmvətənlərimə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm.

Bu hadisələrin fonunda bir şeyə xalq olaraq hər gün daha çox inanırıq ki, qələbə bizimdir və Qarabağ Azərbaycandır!!!”

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı