CƏMİYYƏT

Sahib Məmmədov Cəlilabadda vətəndaşları qəbul edib

168

Avqustun 2-də İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Cəlilabadda vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kənd yerlərində məktəblərin və xəstəxananın tikintisi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll edilib.

Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, onların heyvandarlıq, tikinti materiallarının istehsalı, çiyələk istehsalı və emalı və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məsələsinə baxılması məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, qəbulda 30-dək vətəndaş iştirak edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı