Sanitar-Karantin Müfəttişliyi normalara cavab verməyən məhsulları qeydiyyata almayıb

Respublika Sanitar–Karantin Müfəttişliyi ölkəmizə idxal olunan məhsulların sanitariya norma və qaydalarına uyğun gəlib-gəlmədiyini aşkar etmək üçün onlardan nümunələr götürərək müayinələr aparır.

Səhiyyə Nazirliyinin mətbuat xidməti  qurumun bu ilin birinci yarısı ərzində apardığı müayinələr barədə məlumat verib.

İlin ilk atı ayında müfəttişliyin laboratoriya şöbəsində sanitariya-kimyəvi göstəricilər üzrə 6381, sanitar-bakterioloji göstəricilər üzrə 4785, toksikoloji göstəricilər üzrə 5550 müayinə aparılıb. Onlardan quş əti farşı və dərisi ilə əlaqədar 6 nümunə sanitar-kimyəvi, 1 nümunə süd məhsulu və 1 nümunə isə bioloji aktiv əlavə sanitar-bakterioloji müayinələrə görə sanitariya norma və qaydalarının tələblərinə cavab vermədiyinə görə həmin məhsullar gigiyena qeydiyyatına alınmayıb.