DÜNYA 2021.03.03 13:30

Sarkisyan Qasparyanla bağlı qərarını tezliklə açıqlayacaq

38

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqqında fərman layihəsinin Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı qərarını tezliklə elan edəcək.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan prezidentlə görüşdən sonra deyib.

“Prezidentlə görüşdük. Baş Qərargah rəisinin istefası və bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə edilən müraciətlər müzakirə edildi. Prezident bizi dinlədi və qərarını yaxın zamanda açıqlayacağını söylədi”, – Vanetsyan bildirib.

Görüşdə hərəkatın baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan, “ARFD”nin nümayəndəsi Artsvik Minasyan, Respublika partiyasının nümayəndəsi Vəhram Baqdasaryan, Vətən partiyasının başçısı və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan iştirak ediblər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı