MƏDƏNİYYƏT 2021.02.26 05:00

Savaş qurbanlarına mahnı həsr edildi: “Pray for Ganja”

86

Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva yeni layihəsini təqdim edib. Layihə Gəncə, Bərdə, Xocalı, həmçinin Qarabağda şəhid olan bütün günahsız həmvətənlərimizin ruhuna ithaf olunur. Təsadüfi deyil ki, mahnı və klipin təqdimatı “Xocalı soyqırımı”nın 29-cu il dönümü ərəfəsində baş tutub.

İngilis dilində olan mahnının bəstəkarı Sivva, sözlərin müəllifi isə Ruslan Karslıdır. Aranjeman Samir Şirinova aiddir. Balabanda xalq artisti Əlixan Səmədov, kamançada isə əməkdar artist Elnur Əhmədov ifa edib.

Xanım ifaçının duet ortağı “Uşaq Avroviziya mahnı müsabiqəsi”nin iştirakçısı, prezident təqaüdçüsü Fidan Hüseynovadır.

Klipdə 2020-ci ilin oktyabrında Gəncədə baş verən qanlı hadisələr obrazlı şəkildə canlandırılıb. Rejissor Delee Oruclu, baş prodüser Samir Şirinov, layihənin rəhbəri Ruslan Zeynaldır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı