Cia.az (Cəmiyyət İnformasiya Agentliyi), “Saxta erməni soyqırımı” haqqında ifşaedici yazı müsabiqəsi elan edib.
Müsabiqədə qalib olan-I, II, III yeri tutan şəxslər mükafatlandırılacaq.
Müsabiqəyə göndərilən yazılar, müsabiqə boyunca “Cia.az” saytında yayımlanacaq.
Müsabiqənin şərtləri aşağıdakı kimidir:
-
Müsabiqədə iştirak edənlər fikirlərini, düşüncələrini yazı şəklində Azərbaycan dilində ifadə etməlidirlər.
-
Məqalələrin həcmi 1500-5000 işarədən artıq olmamalıdır.
-
Müsabiqədə iştirak etmək niyyətində olanlar yalnız bir yazı göndərə bilərlər. Məqalələr əvvəlcə hansısa mətbuat orqanında, internet resursunda çap edilməməlidir. Şərtə əməl etməyən müəlliflərin məqalələri müsabiqəyə buraxılmayacaq.
-
Müsabiqə iştirakçıları [email protected] ünvanına yazı ilə birlikdə, özləri haqqında məlumat (ad, soyad, ata adı, əlaqə nömrələri, fotoşəkil) göndərməlidirlər
-
Müsabiqəyə yazı qəbulu 2015-cü ilin aprelin 20-ə qədər nəzərdə tutulub.
