ƏSAS SƏHİFƏ

“SAY: Green” layihəsi

1.4K

“İRƏLİ” İctimai Birliyi “SAY: Green” layihəsinə start verir.

Qısa təsvir:
“İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında – “GREEN” layihəsinə start verir. SAY hərəkatının ikinci fəaliyyəti çərçivəsində təşkil olunacaq düşərgədə gənclər açıq havada qurulacaq yaşayış çadırlarında qalaraq, bir sıra ekoloji, ətraf mühitin qorunması sahəsində təlimlərdə, ictimai müzakirələrdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirəcək və eyni zamanda təşkil olunacaq səmti müəyyən etmə, dağa dırmanma və müxtəlif ekstrim idman növləri üzrə yarışlarda özlərini sınayacaqlar.

Seçim zamanı təbiətin qorunmasında maraqlı olan və ekstrim şəraitdə yaşamaq həvəskarı olan şəxslərə üstünlük veriləcək.

Layihənin əsas məqsədi:
Support of Azerbaijan Youth hərəkatı çərçivəsində təbiətin insan tərəfindən çirkləndirməsinin mümkün qədər aradan qaldırılması və gənclərə sosial məsuliyyəti öyrədərək gələcəkdə böyük ekoloji problemlə qarşılaşmamaq üçün onlara sağlam həyat prinsiplərini aşılamaqdır.

“SAY: Support of Azerbaijan Youth – GREEN 2015-ci ildə Göygöl rayonunun Hacıkənd qəsəbəsində keçiriləcək.

Düşərgənin keçirilmə tarixi : 04.08.2015-09.08.2015
Son müraicət tarixi : 25.07.2015

https://docs.google.com/forms/d/1o97TQ4sI35EOk8CFuaF-1BOav9LjEqLb-6LiUi6R0w0/viewform

İştirakçıların seçim meyarı :
• Yaş məhdudiyyəti : 14-29 yaş
• Layihədə iştirak üçün yüksək motivasiyası olmalı
• Layihə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətlərdə aktiv iştirak etməli
• Mütəmadi xəstəliyi olmamalı
• Dağadırmanma, velosiped və s. ekstrim idman növlərində ilkin bacarıqlara sahib olmalı

Qeyd: Layihə çərçivəsində iştirakçıların nəqliyyat, yaşayış və qida xərcləri “İRƏLİ” İctimai Birliyi tərəfindən qarşılanır.

Əlavə məlumat üçün:
“İRƏLİ” İctimai Birliyi
Ünvan: Bakı, AZ1009, Səməd Vurgun 43, World Business Center
Telefon: (+99412) 597-48-13
Əlaqələndirici şəxs: Aydan Qasımova
Telefon : +994553277504
Email: [email protected]

11209524_857301584350015_899928916704785014_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı