ELM VƏ TƏHSİL

Seminarda qlobal iqlim dəyişiklikləri barədə müzakirələr aparılıb

227

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) “Qlobal iqlim dəyişmələri və Azərbaycanda təhlükəli hidrometeoroloji hadisələr” mövzusunda Yer elmləri sahəsində respublika elmi seminarı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, professor Rza Mahmudov mövzu üzrə geniş məruzə ilə çıxış edib.

Alim son dövrlərdə baş verən qlobal iqlim dəyişmələri və onun regional təsirlərindən danışıb. İqlim dəyişmələrinin təsirindən yaranan anomal atmosfer proseslərinin sel, daşqın, qasırğa kimi bir sıra hadisələrin artmasına səbəb olduğu bildirilib. Hazırda iqlim dəyişmələrinin təsirindən ümumilikdə dünya iqtisadiyyatına külli miqdarda ziyan dəydiyini diqqətə çatdıran R.Mahmudov Dünya Meteorologiya Təşkilatının məlumatına əsasən, dünyada baş verən təbii fəlakətlərin 80-85 faizinin hidrometeoroloji proseslərlə bağlı olduğunu qeyd edib.

Bildirib ki, 2010-cu il dünyada ən isti il, 2000-2010-cu illər dünyada ən isti onillik kimi tarixə düşüb, belə ki, həmin illərdə Yer kürəsi üzrə orta illik temperatur 1961-1990-cı illərin normasına nisbətən 0,50C artıb.

Məruzə ətrafında diskussiyalar aparılıb, suallar cavablandırılıb.

Tədbirdə tədqiqatların nəticələri də müzakirə edilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı