CƏMİYYƏT 2021.01.11 09:58

Səssizlik fərq deyil eynilikdir

256

Araxçın MMC/Silent Communication komandası 2017 ci ildən etibarən fəaliyyət göstərməkdədir. Komandanın əsas idarə heyəti:

1. Şamil Sabirzadə – Komandanın qurucusu və rəhbəri, təlimçi və jest dili tərcüməçisi
2. Könül Quliyeva – Komandanın koordinatoru, təlimçi və jest dili tərcüməçisi
3. Aygül Hüseynova – SMM meneceri
4. Ayxan Allahverdiyev – İT mütəxəssisi

Bu yolda addımlamaqda əsas məqsədləri eşitmə və nitq məhdudiyyətli şəxslərin dili olan jest dilini cəmiyyətdə aktuallaşdırmaq, həmçinin bu insanların sosial həyatda başa düşülməsini təmin etməkdən ibarətdir.

Hər zaman sosial layihələr həyata keçirmiş komanda bu günə kimi Tünzalə Ağayeva ilə “Bu gün hər şey yaxşı olacaq”, Elnarə Xəlilova ilə “Xocalıya Ədalət” adlı sosial kliplər çəkmiş. Həmçinin Nizami Kino Mərkəzində “Benim dünyam”, “Madaqaskar” cizgi filmi, “Bir xalanın sirri” və “Fəryad” filmlərini surdotərcümə ilə eşitmə məhdudiyyətli şəxslərə təqdim etmişdir.

Digər bir sosial layihə isə eşitmə məhdudiyyərli uşaqları maarifləndirmək yönündə Libraff kitab şəbəkəsi ilə birgə “Nağıl saatı” təqdim etməkdir. Bu Nağıl saatları hər ay təşkil olunur və bu günə kimi Faiq Ağayev, Elnarə Xəlilova, Lalə Məmmədova, İlkin Həsəni, Samir Bayramlı kimi məşhurlarla artıq təşkil olunmuşdur.

Bundan əlavə F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə ərsəyə gələn 10 adda audiokitablar da nəinki eşitmə məhdudiyyətli, həm də görmə məhdudiyyətli və heç bir məhdudiyyəti olmayan uşaqlar üçün maariflənmə məqsədi ilə ərsəyə gəlmişdir və bu audiokitablar VI Beynəlxalq Kitab Sərgi Yarmarkasında nümayiş etdirilmişdir.

Eşitmə məhdudiyyətli məktəblilər ilə Cövdət Hacıyev adına Müsiqi Məktəbinin xor kollektivi ilə birgə təşkil olunan inkluziv xor da bir daha göstərdi ki məhdudiyyətli olmaq heç nəyə əngəl deyil. Uşaqlar birgə Azərbaycan Respublikasının Dövlət Himninin jest dilində ifa edərək tədbiri açıq elan etdilər.

Bundan başqa isə komanda hər zaman Universitetlərdə, Psixoloji və Nitq Mərkəzlərində Jest dilini aktuallaşdırmaq və cəmiyyətə tanıtmaq üçün təlimlər təşkil edir.

Pandemiya şəraitində də webinar təlimlər və sosial layihələr həyata keçirən komanda ilk olaraq Şəmistan Əlizamanlının “Əsgər marşı” nı 18 xarici ölkə, 27 Azərbaycanın bölgələrində yaşayan soydaşlarımızla online şəkildə tərcümə etmiş və klip halına gətirmişlər. Bu klipi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse President Mehriban Əliyeva facebook səhifələrində paylaşaraq məhdudiyyətli gənclərə hər zamankı kimi dəstək olduqlarını göstərdilər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı