“Ata Sığorta” ASC-nin «Xəzər” Filialı satış nümayəndəsi vəzifəsi üzrə əməkdaşlığa dəvət edir. Sığorta satışı sahəsində iş təcrübəsi olanlara üstünlük verilir. Yaş həddi yoxdur. Dialoq.info-nun məlumatına görə, xoş, ünsiyyətcil, komandada işləmək və öyrənmək həvəsi olan gənclərə üstünlük verilir. İş müddətində təlimlər və təcrübi məşğələlər keçiriləcək.
Satış nümayəndəsinə tələblər:
* Azərbaycan Respublikasında yaşamalı və daimi qeydiyyatı olmalı;
* Minimum orta təhsilə malik olmalı;
* Microsoft Office proqramlarında işləyə bilməli;
* Komanda ilə işləyə bilməli;
* İnsanlarla xoş ünsiyyət qurmaq bacarmalı;
* Səlis danışıq qabiliyyəti olmalı;
* Stressə davamlı olmalı;
* Təqdimat etməyi bacarmalı;
* İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti olmalı;
* Müştərilərlə davranış etikasını bilməli və Müştərini diqqət mərkəzində saxlamağı bacarmalı;
* Səliqəli, xarici görünüşünə fikir verən olmalı.
Əsas vəzifə öhdəlikləri:
* Potensial müştərilərin axtaraşının həyata keçirilməsi və onlarla görüşlər keçirilməsi;
* Müştərilərə uyğun sığorta məhsul və xidmətlərinin təklif edilməsi;
* Sığorta qaydaları haqqında müştərilərin dəqiq məlumat almasında onlara yardımşı olmaq;
* Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planın yerinə yetirilməsi;
* Ərazi üzrə ayrı-ayrı sığorta xidmətlərinə olan tələbatın öyrənilməsi;
* Ərazi üzrə potensial müştəri kontingentinin tərkibinin analiz edilməsi, müxtəlif idarə və müəssisələri təmsil edən fiziki şəxslərə sığorta xidmətinin göstərilməsi;
* Müştərilər haqqında məlumatların Müştəri Bazalarına daxil edilməsi;
* Yeni hüquqi və fiziki şəxslərin müştəri qismində cəlb edilməsi;
* Sığorta müqavilələri üzrə tarif dərəcələrini düzgün tətbiq etməklə bərabər, müvafiq sığorta qaydalarından irəli gələn tələb və şərtlərin tam təfsilatı ilə sığortalılara izah edilməsi;
* Periodik satış planlarının hazırlanması;
* Müvafiq satış hesabatlarının hazırlanması;
Maraqlananlar öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
