ƏSAS SƏHİFƏ

“Sığorta və sığorta mədəniyyəti” təlimi

866

“PAŞA Həyat Sığorta” şirkəti tərəfindən 23,24,25 Fevral tarixində “Sığorta və sığorta mədəniyyəti” mövzusunda təlim keçiriləcəkdir. DİA Biznes Klubunun təşkilati dəstəyi ilə baş tutacaq təlimdə iştirak edən tələbələr təlimin proqramında qeyd olunan bölmələr haqqında ətraflı məlumat əldə edə biləcəklər.

Təlimin proqramı:
1.Bölmə: Sığorta haqqında ümumi məlumat
2.Bölmə: Sığortanın Normativ bazası
3.Bölmə: Sığorta müqaviləsi
4.Bölmə: Sığorta riskləri
5.Bölmə: Təkrarsığorta
6.Bölmə: Sığorta şirkətinin korporativ strukturu
7.Bölmə: Dünya sığorta bazarının vəziyyəti
8.Bölmə: Yerli sığorta bazarının vəziyyəti

Təlim “PAŞA Həyat Sığorta” şirkətinin Layihələrin İdarə olunması üzrə meneceri, tanınmış təlimçi Pərviz Quliyev tərəfindən keçiriləcəkdir. Pərviz Quliyev haqqında ətraflı məlumat:
BBA-Sankt Peterburq Maliyyə İqtisad Universiteti, MBA-University of East London. 9 ilə yaxın Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışmış, 2007-2011-ci illərdə AXA MBASK sığorta şirkətində Daxili Audit bölməsinin rəhbəri, 2011-2012-ci illərdə Unibankda Daxili Audit Meneceri, 2012-2015-ci illərdə “PAŞA Həyat Sığorta” şirkətində Risklərin İdarə olunması üzrə menecer vəzifəsində çalışmışdır. 2015-ci ildən “PAŞA Həyat Sığorta” şirkətində Layihələrin İdarə olunması üzrə menecer vəzifəsində çalışır. Eyni zamanda Bank Tədris Mərkəzinin ekspertidir.

Təlimdə yalnız 30 tələbə iştirak edə bilər. Seçim online müraciət əsasında aparılacaq. Seçilmiş tələbələrə məlumat veriləcək. Təlimdə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. İştirak etmək istəyən tələbələr aşağıdakı blankı doldura bilərlər:
https://docs.google.com/forms/d/13DgFHTmsjsy8365TUw1KTnouaMXBsMMtPhBVrK2kXe0/viewform?c=0&w=1

Son qeydiyyat tarixi: 20 Fevral 2015 saat 23:59

Qeyd: 23, 24, 25 Fevral tarixində baş tutacaq təlim 3 saat (10:00-13:00) davam edəcəkdir. Bu təlim yalnız DİA tələbələri üçün nəzərdə tutulmuşdur və tamamilə ÖDƏNİŞSİZdir.

Təlimin hər 3 günündə iştirak etmiş tələbələr “PAŞA Həyat Sığorta” şirkətinin SERTİFİKATI ilə təltif olunacaqdır!

Əlaqə telefonu: 050 706 76 86

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı