MƏDƏNİYYƏT 2020.10.10 09:45

Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə satış sərgisi təşkil ediləcək

62

Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə satış sərgisi təşkil ediləcək.

Sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı reallaşacaq.

Dövlət Rəsm Qaleryasından bildirilib ki, satışdan əldə olunan bütün vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi nəzərdə tutulub.

Rəsm əsərlərinin qiyməti simvolik olaraq 50, 100, 150 AZN dəyərində qiymətləndiriləcək. Sərgidə iştirak etmək istəyən rəssamlar məlumatları [email protected] ünvanına göndərməlidirlər.

Hər bir rəsm əsəri və rəssam haqqında məlumat, rəssamın ürək sözləri “Artgift” reyestrində qeydə alınacaq və yayımlanacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı