ƏSAS SƏHİFƏ

Simfonik konsert

1.3K

Vladimir Runçak
“Duellər”, Kvadromusiqi No 3 (1995)
nəfəsli və digər orkestr alətləri üçün performans

Əsərdə “səs/vizual duellər” aşağıdakı tərzdə baş verir:
1. Konsert zalının müxtəlif yerlərində qərarlaşmış musiqiçilər arasında;
2. Konsert zalından, səhnədən və külafirəngidən gələn səs qruplaşmaları arasında ;
3. Tamaşaçılar və “tamaşaçılar” arasında ( bu “tamaşaçılar” səhnədə əyləşən orkestrin digər musiqiçiləridir ki, əsərə qulaq asaraq onlara həvalə olunmuş kiçik aktyor rollarını ifa edirlər. Bu rolların məğzi əsl tamaşaçılara onların konsert zalında musiqi dinlərkən hansı durumda olduğunu göstərməkdir);
4. Konsert zalı və “zal”, auditoriya və “auditoriya” arasında;
5. “Duellər” həm də bir tərəfdən bəstəkarlar, digər tərəfdən ifaçılar və tənqidçilər arasında baş verir. Onların müxtəlif tənqidlərinə baxmayaraq bəstəkarlar mütləq qabağa getməli, inkişaf etməlidirlər.

Elmir Mirzoev
Təsbeh oyunu (1996)  böyük orkestr üçün simfoniya

Əsərin konsepsiyası Herman Hessenin “Das Glasperlenspiel” (“Muncuq oyunu”) romanının təsiri
altında yaranmışdır.

Romanda dəqiq oyun qaydaları təsvir olunmur, belə ki, əsərin qayəsi rasionallıqla irrasionalizmin, elmlə incəsənətin məchul sintezindən ibarətdir. Buradakı Oyunun məqsədi, ilkin baxışda elmin və incəsənətin fərqli müstəvilərinə aid olan nəsnələri arasındakı mövcud dərin əlaqənin tapılması və onların nəzəri bənzərliklərinin aşkarıdır. “Muncuq oyunu”nun dili, musiqi və riyazi ahəngin ən yüksək nöqtəsidir.

“Təsbeh oyunu”nun konsepti sufi zikrinin (meditasiya) dördölçülü təsviri cəhdindən ibarətdir.
Musiqi elminin aşağıdakı aspektləri bu təsviri mümkün etmişdir:

1) İntonasion aspekt (17 tonlu səs sırası – 12 ton + 5 dörddəbir tonun növbələşməsi ilə)

2) Ədədi-riyazi/say aspekti (7 ritmdən ibarət 4 ritmik blokun növbələşməsi, müsəlman
təsbehlərindəki 101 dənə sayına uyğun olaraq 101 xanə
(mərkəzi 51-ci xanə olmaq şərtilə); 7/4 ölçüsü – sufizmdə mistik ədədlər)

3) Həndəsi aspekt (Mərkəzdə 7 güşəli ulduz təsviri olan 7 fiqurun növbələşməsi
və bunun ardınca gələn asimmetrik inversiya)

4) Qrafik aspekt (Fakturanın təsvir dəyişkənliyi hər təsbeh dənəsindən yaranan təcrübənin bənzərsizliyi tərəfindən müəyyən olunur)

Simfonik orkestr özünün çoxsaylı müxtəlif alətləri və tembrləri ilə birgə romanda təsvir olunan verilmiş abstrakt “Oyun” sahəsinə çevrilmiş olur, dirijor isə öz növbəsində əsərin baş qəhrəmanı – Magister Ludi (Oyun ustadı) rolunu həyata keçirir.

Vaxt: 26 dekabr saat 19:00

Ünvan: Azerbaijan State Philarmonic Hall

Istiqlaliet str. 10, Bakü
10850155_10204719801488910_350415955343102062_n
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı