İDMAN 2020.11.03 16:56

“Sivasspor” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

42

Türkiyədə “Sivasspor” və “Qarabağ” arasında keçiriləcək UEFA Avropa Liqasının III tur matçı üçün hakim təyinatları açıqlanıb.

“Report”un məlumatına görə, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb. Referi Joau Pinyeyruya yan xətt hakimləri Tyaqu Joze Pereyra Coşta və Pedru Ribeyru, Yanku Yoan Vasilitsa isə dördüncü hakim qismində yardımçı olacaq.

Bolqarıstanlı Georgi Yordanov hakim-inspektor, gürcüstanlı Nikoloz Jqarkava UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 5-də Sivasdakı “Yeni 4 Eylül” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı