ƏSAS SƏHİFƏ

SOCAR-dan ödənişli yay təcrübəsi proqramı

3.3K

Diqqət ! ARDNŞ-nin ödənişli yay təcrübəsi proqramına sənəd qəbulu başlandı !

Ödənişli Yay Təcrübəsinə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrinin  bakalvriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisasları üzrə təhsil alan tələbələri müraciət edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənin şərtləri və sualları ilə tanış olduqdan sonra müraciət formasını dolduraraq elektron qeydiyyata düşməlidirlər.

Son qeydiyyat tarixi: 08.05.2015

S/nİxtisaslar
1Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları
2Neft və qazın geologiyası
3Neft və qaz quyularının qazılması
4Neft-qaz yataqlarının işlənməsi və istismarı
5Sənaye mühəndisliyi (neft və qaz sənayesi üzrə)
6Neft-qaz və alternativ enerji texnologiyası
7Neft və qaz emalı texnologiyası
8Üzvi kimya və neft kimyası texnologiyası
9Qaz kimyası texnologiyası
10Elektroenergetika sistemləri və şəbəkələri, elektrotexnoloji və elektrotex-niki qurğular və sistemlər, elektromexanika (neft və qaz sənayesi üzrə)
11İstehsal proseslərinin avtomatlaşdırılması (neft və qaz sənayesi üzrə)
12Hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri (neft və qaz sənayesi üzrə)
13Avtomatlaşdırılmış layihələndirmə sistemləri, informasiyanın işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri (neft və qaz sənayesi üzrə)
14Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı
15Kompüter elmi və mühəndisliyi
16Məlumatların mühafizəsinin texnologiyası və təşkili, kompüter təhlükəsizliyi
17Ətraf mühitin mühəndis mühafizəsi (neft və qaz sənayesi üzrə)
18İnşaat mühəndisliyi və menecment
19Dəniz hidrotexniki qurğular, onların tikintisi (neft və qaz sənayesi üzrə)
20Neft və qaz kəmər və anbarlarının layihələndirilməsi, tikintisi və istismarı
21Rabitə qovşaqları və kommutasiya sistemləri
22Mühasibat uçotu, vergi işi, maliyyə, mühəndis-iqtisad, beynəlxalq iqtisadi münasibətlər, neft və qaz sənayesi üzrə menecment
23İnsan Resursları idarə edilməsi

Şərtlər

  • ARDNŞ-nin Ödənişli Tay Təcrübəsi proqramı Azərbaycanın və digər ölkələrin ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələri üçün (bundan sonra – Tələbə) ARDNŞ tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
  • Proqramın keçirilməsinin məqsədi:
    • Tələbələrin neft-qaz sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması;
    • Tələbələrin real iş şəraiti ilə yaxından tanış olmaları;
    • Tələbələrin nəzəri biliklərinin təcrübədə tətbiqi;
    • İş keyfiyyətləri barədə ARDNŞ-də daha dolğun informasiyanın toplanması.
  • Təcrübə tələbənin istəyindən asılı olaraq 1 və ya 2 ay davam edə bilər (bu elektron ərizə formasınıdolduran zaman qeyd edilməlidir)
  • Təcrübəyə qəbul edilən tələbə (təcrübəçi) ilə müvafiq iş yerində müvəqqəti əmək müqaviləsi bağlanılır. Əmək müqaviləsində aşağıdakı məsələlər öz əksini tapır:
    • İşəgötürən və təcrübəçinin öhdəlikləri və funksiyaları;
    • Əməyin ödənilməsi şərtləri, əmək şəraiti və digər müddəalar.
  • Təcrübəçi müəssisədə bütün digər işçilərin iş rejimi ilə işləyir;
  • Təcrübəçinin əmək haqqı iş yerindən asılı olaraq 300 və ya 400 manat arası dəyişə bilər:
    • Əmək şəraitinə görə mövcud iş yerində tətbiq olunan bütün əlavə ödənişlər (zərərli və ya ağır iş şəraitinə görə, şirin su mənbələrindən uzaqlığa görə, axşam və ya gecə növbələrinə görə və sairə) təcrübəçiyə də şamil edilir;
    • Hər iş gününə görə təcrübəçiyə 3 manat hesabı ilə yemək xərci ödənilir.
  • Hər bir təcrübəçi barədə iş yerlərindən verilən rəy Baş ofisdə toplanılır və gələcəkdə həmin tələbə ARDNŞ-ə işə qəbul olunmaq üçün müraciət etdikdə, nəzərə alınır. Təcrübə üçün müraciət etmiş tələbələrin siyahısı saytımızda yerləşdirilir.

Ödənişli Yay Təcrübəsi proqramında iddiaçıya qoyulan tələblər

  • Təcrübəyə müvafiq ixtisaslar üzrə Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan tələbələr müraciət edə bilərlər (ixtisasların siyahısı ARDNŞ rəhbərliyi tərəfindən hər il dəyişdirilə bilər)
  • Ödənişli Yay Təcrübəsi proqramında iddiaçı olmaq üçün Tələbə aşağıda qeyd olunan bütün şərtlərə cavab verməlidir:
    • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
    • Tələb olunan ixtisaslar üzrə əyani (magistratura pilləsi üçün əyani və qiyabi) şöbədə təhsil almalıdır;
    • Ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə 2, 3, 4-cü kurs, magistratura pilləsi üzrə isə 1 və 2-ci kurs tələbəsi olmalıdır;
    • son 2 semestrdə “kafi” qiyməti olmamaq şərtilə, bütün təhsil müddətində 2-dən artıq “kafi” qiyməti olmamalı, qalan bütün qiymətləri “yaxşı” və ya “əla” olmalıdır;
    • ARDNŞ-nin işçisi olmamalıdır.
  • Ödənişli Yay Təcrübəsi proqramında iştirak etmək üçün tələbə fərdi qaydada elektron qeydiyyatdankeçməlidir.
  • ARDNŞ-nin təqaüd müsabiqələrində iştirak etməmiş tələbələrin seçimi rəsmi transkript əsasında aparılacaqdır.

Ödənişli Yay Təcrübəsinin keçirilmə qaydaları

  • Sənəd qəbulu ilə bağlı elan ARDNŞ-nin veb-səhifəsində və elanlar bölməsində yerləşdirilir.
  • Müraciət edən tələbələrin siyahısı namizədlər bölməsində yerləşdirilir.
  • Şərtlərə cavab verən namizədlər təyin olunduqdan sonra yekun siyahı saytda yerləşdirilir.
  • Müvəqqəti işlə təmin olunmaq üçün tələbə müvafiq müəssisələrin Kadrlar şöbələrinə müraciət edir. Müraciət zamanı şəxsiyyət vəsiqəsirəsmi transkript təqdim olunur. Transkriptin yuxarısında tələbənin soyadı, adı və atasının adı, təhsil aldığı ali məktəbin, fakültənin, ixtisasın adı qeyd olunmalı və sənəd dekan tərəfindən imzalanmalı və möhürlənməlidir. Transkriptdəki qiymətlər axırıncı (yaz) semestr istisna olmaqla, bütün əvvəlki semestrləri əhatə etməlidir. Yay tətili müddətində dekanlığın bağlanacağını nəzərə alaraq, məsləhət görürük ki, bu sənədi öncədən alasınız.
  • Tələb olunan digər sənədləri təqdim etdikdən sonra İşə düzəlmənin rəsmiləşdirilməsi həyata keçirilir (müvafiq sənədlərin təqdim olunması, fərdi əmək müqaviləsinin bağlanması və sairə işlərlə əlaqədar rəsmiləşdirilmə 1-2 gün çəkə bilər).

Təcrübəyə seçim prioritet kriteriyalar üzrə həyata keçirilir (aşağıdakı seçim kriteriyalarının ardıcıllığı proritetlik dərəcəsinin azalmasına görə qeyd olunmuşdur):

  • Sonuncu Daxili Təqaüd Proqramının qalibləri;
  • Xarici Təqaüd Proqramının qalibləri;
  • Əvvəlki illərdə ARDNŞ-nin Daxili Təqaüd Proqramının qalibi olmuş tələbələr;
  • Siyahıya daxil olan ixtisaslar (üstünlük mühəndislik ixtisaslarına verilməklə) üzrə xarici ölkələrin universitetlərində təhsil alan və CumGPA qiyməti 2.5-dən yüksək olan, qiymətləri A və B olan, digər qiymətləndirmə sistemlərində isə ümumi qiyməti 50 faizdən yuxarı olan tələbələr;
  • Daxili Təqaüd Proqramında iştirak edən, lakin təqaüdçü seçilməyən tələbələr (müsahibələrdə orta qiyməti 3.6-dan yuxarı olanlar və ya TQDK imtahanının nəticəsinə əsasən ixtisas qrupları üzrə keçid balına ən çox 4 bal az yığanlar);
  • Siyahıya daxil olan ixtisaslar (üstünlük mühəndislik ixtisaslarına verilməklə) üzrə Azərbaycan ali təhsil müəssisələrində təhsil alan və təhsil müddətində bütün qiymətləri “kafi”dən yüksək olan tələbələr;
  • ARDNŞ-nin gənclərlə bağlı həyata keçirdiyi digər layihələrdə iştirak edən tələbələr.

1Təcrübə proqramına neçə tələbə cəlb olunacaq?

Proqrama cəlb olunacaq tələbələrin sayı haqda məlumat təcrübə proqramı başlayana qədər (müəssisələrdən gələcək tələbata uyğun olaraq) bəlli olacaqdır.

Geri
2Nəyə görə bakalavrın 1-ci kursları Proqrama cəlb olunmur?

Bakalavrın 1-ci kursunda ixtisas fənləri keçilmir və istehsalat təcrübəsində isə müəyyən nəzəri biliklər olmağını nəzərə alaraq həmin tələbələrin Proqrama cəlb olunması nəzərdə tutulmur.

Geri
3Mənim məlumatlarım nəyə görə saytınızda səhv qeyd olunub?

Sizin elektron qeydiyyat formasında qeyd etdiyiniz məlumatları biz saytımıza yerləşdiririk, heç bir dəyişiklik bizim tərəfimizdən olunmur. Məsələn siz Magistr 1-ci kurs yerinə 1 qeyd etdiyiniz üçün saytımızda M-1 yox, 1 yazılır.

Geri
4Mən təcrübə müddətini artıra bilərəm?

Siz ancaq elektron qeydiyyat formasında qeyd etdiyiniz aylarda təcrübə keçə bilərsiniz, təcrübə müddəti isə artırıla bilməz.

Geri
5Mən həm Yay Təcrübə proqramında, həm də Yay Məktəbində iştirak edə bilərəm?

Əgər Yay Məktəbi tarixləri sizin keçdiyiniz istehsalat təcrübəsi vaxtı ilə üst-üstə düşmürsə iştirak edə bilərsiniz.

Geri
6Yay Təcrübəsi proqramına hansı ixtisaslardan olan tələbələr müraciət edə bilərlər?

İxtisasların siyahısı ilə ixtisaslar bölməsindən tanış ola bilərsiniz

Geri
7Təcrübəyə kimlər qəbul olunacaqdır?

Təcrübə Proqramına müraciət 15 may tarixinədək davam edəcəkdir. Həmin tarixdən sonra isə proqrama qəbul olunanların siyahısı təcrübəyə qədər saytımızda yerləşdiriləcəkdir.

Geri
8Ödənişli Yay Təcrübəsi Proqramına qoşulmaq üçün nə qədər ödəniş etməliyəm?

Ödənişli Yay Təcrübəsi Proqramına qoşulmaq üçün heç bir ödəniş etmək lazım deyil. Proqramın adında olan “Ödənişli” sözü təcrübəyə qəbul olunan tələbələrə aylıq əmək haqqının ödənilməsi mənasını daşıyır.

Geri
9Niyə transkript əvəzinə qiymət kitabçası göndərənlərin namizədliyi qəbul olunmur?

Səbəb aşağıdakılardır:

  • Qiymət kitabçasında qeyd olunan yazılarda və qiymətlərdə (ballarda) bəzən qaralama halları olur;
  • Qiymət kitabçasında bəzən imtahan götürən şəxslərin imzaları olmur;
  • Qiymət kitabçasında bəzi imtahanlar barəsində qeydlər (qiymət, imza, tarix və s.) müxtəlif səbəblər üzündən ya qeyd olunmur, ya da gecikir.
  • Bəzi universitetlərin qiymət kitabçalarında tələbənin adı, soyadı və atasının adı qeyd olunmur;
  • Rəsmi transkriptdə sadalanan problemlər olmadığı üçün təcrübəçi tələbələrin müvafiq idarə və müəssisələrdə sənədləşmə prosesində problemlər yaranmır.
Geri
10Mən başqa yerdə işləyirəm. İş yerimdən Ödənişli Yay Təcrübəsi Proqramının keçirildiyiaylarda məzuniyyət və ya icazə alsam, proqrama qoşula bilərəm?

İşləyən tələbələr Ödənişli Yay Təcrübəsinə qoşula bilməzlər, çünki bizim təcrübəçilərə müəssisələrdə əmək müqaviləsi əsasında əmək kitabçası açılır. İşləyən tələbə üçün ikinci əmək kitabçasının açılması qanunvericiliyə zidd olduğu üçün onların namizədliyi qəbul olunmur.

11Mən bəzi kriteriyalara cavab verdiyim halda niyə seçilməmişəm?

– Təcrübəyə seçim “Şərtlər” bölməsindəki “Təcrübəyə seçim prioritet kriteriyalar üzrə həyata keçirilir” başlığı altında qeyd olunmuşdur. Təcrübəçi seçimi orada qeyd olunan kriteriyaların ardıcıllığı (yuxarıdan aşağıya) üzrə aparılır. . Belə ki, bizim tərəfimizdən əvvəlcədən müəyyən olunmuş saya müvafiq olaraq yalnız seçim kriteriyalarının ardıcıllığı üzrə təcrübəçilər seçilir. Əgər siz 3-cü (üçüncü) kriteriyaya cavab verdiyiniz halda təcrübəyə seçilməmisinizsə, deməli əvvəlcədən müəyyənləşmiş say limiti ilk 2 (iki) kriteriyaya əsasən dolmuşdur.
QEYD : Təcrübəçilərin say limiti şirkətin strategiyasına müvafiq olaraq hər il dəyişilə bilər.

Geri
12CumGPA 2.5 və ya 50%-dən yuxarı olduğu halda, niyə mənim statusum”Seçilmədi” və “Qiyməti şərtlərə uyğun deyil” kimi qeyd olunub?

Seçim iki mərhələ üzrə həyata keçirilir. İlkin mərhələdə, müraciət edən tələbənin İddiaçıya qoyulan tələblər bölməsində olan təcrübə proqramının şərtlərinə uyğunluğu yoxlanılır. Şərtlərə uyğun namizədin statusu namizədlər bölməsində “Baxılır” kimi qeyd olunur. Növbəti mərhələdə isə Təcrübə keçməyə uyğun namizədlər Keçirilmə qaydaları bölməsindəki prioritet seçim kriteriyaları üzrə seçilirlər. Beləliklə, ilkin mərhələdə qiymətlərlə bağlı olaraq tələbənin yalnız son iki semesterdə “kafi” qiyməti olmamaq şərtilə, bütün təhsili müddətində 2-dən artıq “kafi” qiymətinin olmamağı nəzərə alınır. CumGPA-nin 2.5 ve ya 50%-dən yuxarı olmağı ilkin mərhələdə nəzərə alınmır. CumGPA-nin 2.5 ve ya 50%-dən yuxarı olması son mərhələdə, təcrübəyə seçim zamanı 4-cü prioritet seçim kriteriyası kimi müəyyən edilib.

Geri
13“Kafi” qiymət deyəndə nəyi nəzərdə tutursunuz?

“Kafi” qiyməti Azərbaycan universitetlərindən alınan transkriptlərdə əksər hallarda qeyd olunur. Xarici ölkələrin təhsil müəssisələrindən alınan transkriptlərdə isə “kafi” qiyməti yazılmadığı halda onun ekvivalentinə baxılır. Ekvivalentlik isə “D” və “E” qiymətləri kimi müəyyən edilmişdir. Birləşmiş Krallıq təhsil sistemində olan bəzi universitetlərin transkriptlerinde “Pass” və 10 ballıq sistem üzrə verilən transkriptlərdə isə “5” və “6” qiymətləri ilə eyni götürülür.
Qeyd: “Kafi” qiymətini müəyyən etmək mümkün olmadıqda isə CumGPA 2.5-dən və ya ümumi qiymətlərin 50%-dən yuxarı olmağı nəzərə alınır.

Tələbələrin nəzərinə

    1. Qafqaz Universitetinin tələbələri qeydiyyat formasının “Kurs” bölməsində bakalavriat pilləsinin kursunu göstərməlidirlər (hazırlıq ili nəzərə alınmadan).
    2. Bakalavriat pilləsi üzrə təhsil alan 1-ci kurs tələbələrinin müraciətinə ehtiyac olduğu təqdirdə baxılacaqdır.
    3. Magistraturanın qiyabi şöbəsində təhsil alan tələbələr Təcrübə proqramına müraciət edə bilərlər. Bu qayda bakalavriat pilləsi üzrə qiyabi təhsil alan tələbələrə aid deyil.
    4. Təcrübə keçiləcək müəssisənin seçimi tələbənin istəyindən asılı olmayacaqdır.
    5. Müraciət zamanı rəsmi transkript əvəzinə qiymət kitabçasının surətini göndərənlərin namizədliyi qəbul olunmayacaq.
    6. Hazırda ali təhsil müəssisəsində təhsil almayanlar (tələbə/magistr olmayanlar) Təcrübə Proqramında iştirak edə bilməzlər.
    7. Təcrübə keçəcəyiniz ayları seçərkən avqust və iyul-avqust bölməsini seçsəniz, “SOCAR Yay Məktəbi 2014” layihəsinə müraciət edəcəyiniz təqdirdə layihədə iştirakınız mümkün olmayacaqdır. İyun ayını seçəcəyiniz təqdirdə isə Yay məktəbi layihəsində iştirakınız mümkün ola bilər.
    8. Qeydiyyata düşdüyünüz barədə elektron poçtunuza bildiriş aldıqdan sonra 4 iş günü müddətində adınız namizədlər siyahısında qeyd olunacaq. Bu siyahıda səhv məlumat gedərsə, [email protected] elektron poçtuna məlumat verməyiniz xahiş olunur.

    DİQQƏT! DİQQƏT! 4 İŞ GÜNÜ ƏRZİNDƏ ADINIZ NAMİZƏDLƏR BÖLMƏSİNDƏ ÇIXMAZSA, BİZƏ EMAİL VASİTƏSİLƏ MÜRACİƏT EDƏ BİLƏRSİNİZ

    Şərhlər

    Çox oxunanlar (günlük)

    Çox oxunanlar (həftəlik)

    Yuxarı