ƏSAS SƏHİFƏ

SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlandı

1.1K

DİQQƏT! SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlandı

Son Tarix: 23 Fevral 2015
Müsabiqə 2014-2015-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr (yalnız əyani şöbə) və magistratura (əyani və ya qiyabi şöbələr) pillələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. Proqrama müraciət etmək istəyən tələbələr müsabiqənin şərtlər və suallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.

Müsabiqə bu Proqramda qeyd olunmuş ixtisaslar üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycan Respublikası ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr arasında aparılır (“İxtisaslar” bölməsində verilmişdir).
Tələb olunan ixtisasların siyahısı ARDNŞ rəhbərliyi tərəfindən hər il dəyişdirilə bilər.
Təqaüd almağa iddiaçı olmaq üçün Tələbə aşağıda qeyd olunan bütün şərtlərə cavab verməlidir:
Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
– tələb olunan ixtisaslar üzrə əyani (magistratura pilləsi üçün əyani və qiyabi) şöbədə təhsil almalıdır;
-son 2 semestrdə “kafi” qiyməti olmamaq şərtilə, bütün təhsil müddətində 2-dən artıq “kafi” qiyməti olmamalı, qalan bütün qiymətləri “yaxşı” və ya “əla” olmalıdır;
– başqa kommersiya təşkilatının təqaüdünü almamalıdır;
– ARDNŞ-nin işçisi olmamalıdır.

Təqaüd müsabiqəsinə iddiaçıların sənədləri hər tədris ilinin 1-ci semestri bitdikdən sonra növbəti 3 həftə ərzində qəbul edilir.
Təqaüd almaq üçün tələbə fərdi qaydada elektron qeydiyyatdan keçməlidir.
Qeyd: Qiymətlər yalnız rəsmi transkript əsasında qəbul olunur (Qiymət kitabçası nəzərə alınmayacaqdır)

İxtisaslar
1 Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları
2 Neft və qazın geologiyası
3 Neft və qaz quyularının qazılması
4 Neft-qaz yataqlarının işlənməsi və istismarı
5 Neft və qaz emalı texnologiyası
6 Üzvi kimya və neft kimyası texnologiyası
7 Qaz kimyası texnologiyası
8 Neft-qaz və alternativ enerji texnologiyası
9 Elektroenergetika sistemləri və şəbəkələri, elektrotexnoloji və elektrotexniki qurğular və sistemlər, elektromexanika
10 İstehsal proseslərinin avtomatlaşdırılması
11 Hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri
12 Avtomatlaşdırılmış layihələndirmə sistemləri, informasiyanın işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri
13 Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı
14 Rabitə qovşaqları və kommukasiya sistemləri
15 Kompüter elmi və mühəndisliyi
16 Məlumatların mühafizəsinin texnologiyası və təşkili, kompüter təhlükəsizliyi
17 İnşaat mühəndisliyi və menecment
18 Dəniz hidrotexniki qurğular, onların tikintisi (neft və qaz sənayesi üzrə)
19 Neft və qaz kəmər və anbarlarının layihələndirilməsi, tikintisi və istismarı
20 Ətraf mühitin mühəndis mühafizəsi (neft və qaz sənayesi üzrə)
21 Ekologiya, ekologiya mühəndisliyi, ətraf mühit kimyası, ətraf mühit və neft sənayesi, ətraf mühitin mühafizəsi və təbii ehtiyyatlardan səmərəli istifadə
22 Sənaye mühəndisliyi, mühasibat uçotu və audit, maliyyə və maliyyə kredit, menecment, biznesin və sənayenin təşkili və idarəedilməsi və s

Tələbələrin nəzərinə

  1. Qafqaz Universitetinin bakalavr pilləsinin tələbələri qeydiyyat formasının “Kurs” bölməsini hazırlıq ili nəzərə alınmadan seçməlidirlər.
  2. Magistraturanın qiyabi şöbəsində təhsil alan tələbələr müsabiqədə iştirak edə bilərlər. Bu qayda bakalavriatura pilləsi üzrə təhsil alan tələbələrə aid deyil..
  3. Əvvəllər digər kommersiya təşkilatlarının təqaüdünü almış, lakin bu semestrdə hər hansı kommersiya şirkətinin təqaüdünü almayan tələbələr müsabiqədə iştirak edə bilərlər.
  4. 4-cü kursu bitirib, magistr statusu olmayanlar müsabiqədə iştirak edə bilməzlər. Yəni müsabiqə yalnız tələbə statusu (bakalavr və ya magistr) olanlar arasında keçirilir.
  5. ARDNŞ-də daimi işlə təmin olunmuş və hazırda təhsilini davam etdirən tələbələr müsabiqədə iştirak edə bilməzlər.
  6. Qeydiyyata düşdüyünüz barədə elektron poçtunuza bildirişi aldıqdan sonra 4 iş günü müddətində adınız namizədlər siyahısında qeyd olunacaq. Bu siyahıda səhv məlumat olarsa, [email protected] e-mail ünvanına məlumat verməyiniz xahiş olunur
  7. Rəsmi transkript əvəzinə qiymət kitabçasını göndərən iddiaçıların sənədləri qəbul olunmayacaq.

http://new.socar.az/khs/upload/sayt%20uchun/02-2015/form2015.php

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı