İQTİSADİYYAT 2019.12.03 10:20

SOCAR-ın yeni vitse-prezidenti təyin olunub

530

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin edilib.

Qeyd edək ki, yeni təyinatadək D.İskəndərov “Azneft” İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı