ƏSAS SƏHİFƏ

“Sonuncu” (“The Last One”) adlı qısametrajlı bədii filminin nümayişi

487

YARAT Müasir İncəsənət Mərkəzi Sizləri rejissor Sergey Pikalovun “Sonuncu” (“The Last One”) adlı qısametrajlı bədii filminin nümayişinə dəvət etməkdən məmnundur.
Kann Film Festivalının tarixində ilk dəfə olaraq Azərbaycan bu filmlə qısametrajlı film müsabiqəsi proqramında iştirak etmişdi.

“Sonuncu” dünyada sağ qalmış sonuncu İkinci Dünya müharibəsi veteranı haqqında çəkilmiş qısametrajlı bədii filmdir. Qoca hamının sonunu görmüşdü. Dostları, həyat yoldaşı, uşaqları artıq həyatda yox idilər. Lakin o, tənha deyildi…

“Sonuncu” filmi London Şəhər Film Festivalında “Tamaşaçı rəğbəti” mükafatına, İzmir Beynəlxalq Film Festivalında “Ən yaxşı film” mükafatına layiq görülmüş və COURTS DEVANT Fransa Beynəlxalq Film Festivalında “Gənc Münsiflər heyəti mükafatı”nın qalibi olmuşdur. San Paolo Beynəlxalq Film Festivalında isə o, SESc TV tərəfindən 2014-cü ilin “Ən yaxşı debüt filmi” mükafatına layiq görülmüşdür.

SERGEY PİKALOV, REJİSSOR.
Yaroslavl Dövlət Teatr İnstitutunu bitirmişdir.
Aktrisa Nelli Uvarovanın baş rolda çəkildiyi “Xoşbəxtlik gözəllikdə deyil” (“Не родись красивой”) seriyalı ilə məşhurdur. Aktyor Vladimir Vdoviçenkovun çəkildiyi “Deyingən qadın” (“Мымра”) bədii filminin və “Kapitan Ryuminin şəxsi işi” (Личное дело капитана Рюмина) seriyalının quruluşçu rejissorudur. O, bu yaxınlarda Rusiyanın Birinci Kanalının layihəsi olan, baş rollarda Marat Başarov və Viktoriya Tolstoqanovanın çəkildiyi “İkinci Nəfəs” (“Второе дыхание”) seriyalı üzərində işləri başa çatdırmışdır.

Film Azərbaycan dilində nümayiş olunacaq.
12 +
8 sentyabr 2015-ci il
Saat 19:00
YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı yaxınlığında)
Giriş sərbəstdir

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı