ƏSAS SƏHİFƏ

“SOSial həyatınızı kəşf edin” adlı layihə

648
“İnkişaf Zamanı” proqramı çərçivəsində müasir gənclik üçün aktual və vacib olan sahələrdən biri kimi bilinən sosiallıq mövzusunda “SOSial həyatınızı kəşf edin” adlı layihənin icrasına başlanılır. Layihənin əsas məqsədi 1 ay ərzində sosial həyatı zəngin olmayan, Bakı şəhərində yaşayan, 16-22 yaşlı 20 gənc arasında sosial, mədəni və intellektual fəaliyyət sahələrinin təbliği, həmin sahələrdə mütəxəsis olan şəxslərlə gənclərin müzakirəsinin təşkilidir. Layihə çərçivəsində ümumi təlim keçiriləcək, muzeylərə, teatra, nəşriyyata ekskursiyalar təşkil olunacaq və klassik musiqi konserti veriləcək. Layihədə iştirak etməklə siz
1) Sosial həyat nədir?- sualına cavab tapacaq ;
2) Mədəniyyət obyektlərimizə ekskursiya edəcək ;
3) Mütəxəssislərin məsləhətlərindən faydalanacaq ;
4) Yeni dostlar qazanacaq ;
5) Sosial həyatınızı zənginləşdirəcəksiz
Öz sosial həyatını kəşf etmək , gələcəyə dair inamlı addımlar atmaq istəyən gənclər aşağıdakı link vasitəsi ilə 5 sentyabra qeydiyyatdan keçib layihəmizin iştirakçısı ola bilər:
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı