ƏSAS SƏHİFƏ

“Sosial Media Menecerinin Assistenti” vəzifəsi üzrə vakansiya

1.9K

İmpler Sosial Media Agentliyi Sosial Media, İctimaiyyətlə Əlaqələr sahəsində karyera qurmaq istəyən həvəsli gənclər üçün “Sosial Media Menecerinin Assistenti” vəzifəsi üzrə vakansiya elan edir.

Sosial Media Menecerinin Assistenti komandada işləyərək aşağıdakı işləri icra edəcək:
– Istifadəçilərdən (müştərilərdən) daxil olan sualların cavablandırılması.
– Sosial media profillərinə nəzarət.
– İşindən irəli gələn digər öhdəliklər.

Bizə lazım olan gəncin portreti:
– Yazı yazmaq, fikirlərini izah etmək bacarığına malik;
– Öyrənməyə həvəsli və ünsiyyətdən utanmayan;
– Yaradıcı və maraqlı ideyalarla aşıb daşan;
– İnterneti sevən.

Uğurlu namizəd aşağıdakı tələblərə cavab verməlidir:
– Yaş: 20-25 (İşin xarakterindən asılı olaraq xanımlara üstünlük verilir);
– Təhsil: Ali
– Azərbaycan dili – mükəmməl səviyyədə bilməli;
– Rus dilini ən azı orta səviyyədə bilməsi üstünlükdür;
– Kompüterdə və İnternetdə sərbəst, yüksək səviyyədə işləmək bacarığı;
– foto şəkillər və Photoshop proqramı ilə işləmək bacarıqları əlavə üstünlük ola bilər;
– Bu vakansiya tam ştat işləmək istəyənlər üçün nəzərdə tutulub (əyani təhsil alan tələbələr müraciət edə bilməzlər);

Xahiş edirik ki, aşağıdakı tip şəxslər müraciət etməsinlər
– Ömründə 1 dəfə də olsun yazı yazmamış şəxslər;
– Azərbaycan dilinin qrammatikasını bilməyənlər;
– Kitab oxumağı xoşlamayanlar;
– Tənbəl və məqsədsiz olanlar.

Yuxarıda qeyd olunmuş tələblərə uyğun gələn şəxslər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Subject (məktubun başlığı) yerində “Sosial Media Assistenti” yazmağınız xahiş olunur. Deadline: 15 İyul.

Qeyd 1. ASAN Xidmət könüllülərinə çox böyük üstünlük veriləcək (işin xarakterindən asılı olduğu üçün).

Qeyd 2. Göndərdiyi məktubda bu işi icra edə biləcəyinə inandırmağı bacaracaq adamlar müsahibəyə dəvət olunacaqlar. Üstünlüklərinizi və nailiyyətlərinizi izah edən maraq məktubu, səliqəli, dolğun CV müsahibəyə dəvət olunmaq şansınızı artırır. Məktubda gözlənilən minimal maaş haqqında da məlumat verməyiniz xahiş olunur.

Qeyd edək ki, Impler agentliyi Sosial Media, reklam və PR sahələrində xidmət göstərir.

11705150_571801152958032_49353041860814157_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı