ƏSAS SƏHİFƏ

Sosial şəbəkə və axtarış sistemlərinin düzgün yazılışı

456

Bundan sonra “Facebook”u “feysbuk”, “Whatsapp”ı “votsap”, “Google”u “quql” yazacağıq

Sosial şəbəkə və axtarış sistemlərinin adının Azərbaycan dilində düzgün yazılış qaydaları müəyyənləşdirilib.

Bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.
S. Sadıqova sosial şəbəkə və axtarış sistemlərinin adlarının düzgün yazılış qaydalarını da açıqlayıb.

Sözlərin siyahısını təqdim edirik.
“skype” – skayp
“site” – sayt
“provider” – provayder
“facebook” – feysbuk
“twitter” – tvitter
“instagram” – instaqram
“e-mail”- imeyl
“youtube” – yutub
“messenger” – mesencer
“whatsapp” – votsap
“line” – layn
“viber” – vayber
“google” – quql
“yandex” – yandeks
“wi-fi” – vayfay

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı