Sosial siyasətlə bağlı Gəncədə təlim baş tutub

BMT İnkişaf Proqramının (UNDP) dəstəyi ilə Gəncə şəhərində təlim keçirilib.
Avropa İttifaqı tərəfindən maliyyələşən və İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən icra olunan “Sosial İnkişaf Naminə Alyans: Azərbaycanda sosial siyasətin keyfiyyəti, effektivliyi və şəffaflığının artırılması” layihəsi çərçivəsində təşkil olunan təlimdə Gəncə şəhər icra hakimiyyətinin, DSMF, Bələdiyyə, QHT, sahibkar və KİV nümayədələrinin iştirak edib. Həyata keçirilən layihənin əsas məqsədi sosial sahədə mövcud qanunvericilik ilə əhalini məlumatlandırmaqdan ibarətdir.
Təlimdə iqtisadçı-ekspert Rövşən Novruzov “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar BMT-nin dayanıqlı ikişaf məqsədləri kontekstində“ mövzusunda təqdimat etmişdir. O, 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlər barəsində təlim iştirakçılarını məlumatlandırmışdır. Təlimdə qrup işi təşkil olunmuş və hər işçi qrup verilən tapşırıqlar əsasında öz təqdimatlarını etmişdir. Təlim interaktiv formada keçirildi və təlimin mövzusu ilə bağlı iştirakçılar tərəfindən verilən suallar cavablandırıldı.
afn.az