DÜNYA 2020.10.09 18:00

Şotlandiyalı deputat işğalçı erməni ordusunun təxribatları ilə bağlı müraciət edib

27

Azərbaycan-Şotlandiya Alyansının rəhbəri Fuad Ələkbərovun təşəbbüsü ilə şotlandiyalı deputat Alin Smit cari ilin sentyabr ayının 27-dən etibarən Azərbaycanla Ermənistan arasında yaranmış gərginliklə bağlı Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə bildirilib ki, 1994-cü ildə atəşkəs rejiminin tətbiq olunmasından sonra Ermənistanla Azərbaycan arasında ən ciddi toqquşmalar baş verməkdədir. Hadisələr Dağlıq Qarabağ münaqişəsində əsas oyuncuların vasitəçilik missiyasının iflasını göstərir.

Onun fikrincə, Böyük Britaniya NATO-dakı müttəfiqləri, xüsusilə ABŞ və Türkiyə ilə danışıqlar apararaq gərginliyin azalması və münaqişənin dinc yolla həlli istiqamətində dialoqun aparılması üçün vasitəçi rolunda çıxış edə bilər. O, güman edir ki, hər iki dövlətin xalqlarında sülhə əminliyi yaratmaq məqsədilə belə dialoq aparılmasının vaxtı çatıb.

Deputat Birləşmiş Krallığın yaranmış duruma təsir göstərməsi məsələsində əməkdaşlıq edə biləcəyini bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı