RƏSMİ 2019.10.31 12:54

Şoyqu Bakıya niyə İrəvandan gəldi? – Şok səbəb

88

Rusiya Müdafiə naziri Sergey Şoyqunun İrəvana niyə gəldiyi bəlli olub.

Dialoq.info Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “168 Jam” qəzeti yayıb.

“İş ondadır ki, Serj Sərkisyanın dönəmində Rusiya tərəfi ilə razılıq əldə olunub ki, MDB ölkələri Müdafiə Nazirlərinin Şurasının iclası İrəvan və Bakıda keçirilməsin. Səbəb tərəflərin bu iclaslarda rahat iştirak etməsiylə bağlı idi. Bu razılaşmaya hər zaman əməl olunub və nə Bakı, nə də İrəvanda MDB Müdafiə Nazirlər Şurasının iclası keçirilib. Faktiki olaraq, bu dəfə Ermənistan hakimiyyəti bu razılaşmanı saxlaya bilmədi. Erməni tərəfinin belə vəziyyətdə iclasda iştirak etməyəcəyi aydın idi. Ona görə də erməni tərəfinin iclasda iştirak etməməsini yumşaltmaq üçün Rusiya Müdafiə naziri Şoyqu İrəvana gəldi və buradan Bakıya getdi”, – deyə o bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı