Soyuqdəymə zamanı… banka qoyulması və xardal yaxması

Soyuqdəymə zamanı müxtəlif müalicə üsullarından, o cümlədən banka qoyulması və xardaldan istifadə olunur. Bu, nə dərəcədə düzgündür? Həmin sualla cavab verən Avropa Təbii Elmlər Akademiyasının üzvü, biologiya üzrə fəlsəfə doktoru Fuad Mahmudov deyib: “Bankalanmaq yalnız öskürək və bronxit zamanı kömək edir, qan dövranını yaxşılaşdırır. Banka qoyulması reflektiv olaraq daxili orqanlarda qan damarlarının genişlənməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, yüksək qızdırma və angina zamanı banka qoymaq qadağandır, çünki bu zaman infeksiya digər orqanlara yayılır. Osteoxondroz və radikulit zamanı banka qoymaq müalicə formalarından biridir, lakin ondan istifadə olunması heç də bütün hallarda yaxşı alınmır. Bəzən kürəyin aşağı hissəsinə qoyulan bankalar yaxşı sorulmur.

Xardal yaxması ilə hər şey daha asandır, çünki tez yapışır və qan dövranını sürətləndirir. Ondan miozit, nevralgiya və bel ağrısı zamanı istiləşdirici element kimi istifadə etmək olar. Xardal yaxmasından tənəffüs yollarının xəstəlikləri – laringit, traxeit və bronxit, həmçinin əzələlərin genişlənməsi və revmatizm zamanı istifadə edilməsi faydalıdır. Baş soyuqlayanda xardal yaxması boyuna- saç köklərinin altına, təzyiq artanda isə baldıra və dabana qoyulur. Zökəm zamanı da xardal yaxmasının dabana qoyulması yaxşı səmərə verir, lakin dəri iltihabı, allergiya və zəif qan damarlarına malik olanlarda həmin müalicə formalarının heç birindən istifadə etmək olmaz”.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here