CƏMİYYƏT 2020.11.09 10:00

Ştutqartda Azərbaycana dəstək aksiyası keçirildi

32

Almaniyanın Ştutqart şəhərində yaşayan azərbaycanlılar xalqımıza dəstək aksiyası keçiriblər. Azərbaycanın Baden Vüttenberqdəki fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən dinc aksiyada həmvətənlilərimizlə yanaşı, qardaş Türkiyə və digər Azərbaycana dost xalqların nümayəndələri də iştirak ediblər.

Dinc aksiya Ştutqart şəhərinin mərkəzi meydanında Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə dəstək məqsədilə keçirilir. Bununla yanaşı, məqsəd həm də yerli KİV-lərin bu hadisələri obyektiv işıqlandırmağa çağırmaqdır.

Aksiya iştirakçıları Ermənistanı Azərbaycan ərazilərinin qanunsuz hərbi işğalına son qoymağa çağırdılar. Aksiyada Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən terror aktı nəticəsində həyatını itirmiş mülkü insanların yaxınları da iştirak edirdilər.

Aksiya çərçivəsində Ermənistanın Azərbaycana qarşı törətdiyi qanlı faciələri haqqında müxtəlif dillərdə çap olunmuş məlumat kitabçaları paylanılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı