Su hövzələrinin rekonstruksiyası xüsusi izotop-geokimyəvi metodların tətbiqini tələb edir

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda tədqiqatların yeni istiqamətinin yaradılması nəzərdə tutulur.

Müxtəlif geoloji formasiyalar arasında genetik əlaqələrin müəyyənləşdirilməsi, yeraltı suların hərəkətlərinin təyini, su hövzələrinin, çöküntülərin və biogen kütlələrin mövcudluğunun paleotemperatur şəraitlərinin rekonstruksiyası, həmçinin geoloji əmələgəlmələrin mütləq yaşının təyini xüsusi izotop-geokimyəvi metodların tətbiqini tələb edir.

İnstitutdan bildirilib ki, su ehtiyatlarından səmərəli istifadə vahid “Azərbaycan Respublikasının su resurslarının istifadəsi və qorunmasının Baş Sxemi” işlənib hazırlandıqda mümkündür. Bu işlərin yerinə yetirilməsinin vacibliyi institutun elmi şurasının iclasında müzakirə olunub və müvafiq qərarla təsdiqlənib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here