ƏSAS SƏHİFƏ

Sumqayıtda kitab bayramı keçiriləcək

766

Mayın 13-də Sumqayıtda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş ənənəvi VII Kitab bayramı keçiriləcək. Tədbirin keçirilməsində əsas məqsəd gəncləri, yeniyetmələri mütaliəyə cəlb etmək, kitaba marağı artırmaq, onları maarifləndirməkdir. Bayram tədbirində ulu öndərə və onun şah əsəri müstəqil Azərbaycana həsr olunmuş şeirlər söylənəcək, müdrik söz sənətkarlarının kitaba, kitabxanalara, mütaliəyə həsr olunan hikmətli kəlamları səsləndiriləcəkdir. Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil kitabxanalar kitabsevərlər qarşısında “Milli dövlətçiliyimizin memarı”, “Böyük yolun davamçısı”, “Heydər Əliyev Fondunun nəşrləri”, “Heydər Əliyev və Azərbaycan tarixi”, “I Avropa oyunları”, “Şəhərimizin ilk jurnalı”, “Uşaq ədəbiyyatı” və digər başlıqlarla 15-dan çox sərgi nümayiş etdirəcək. Həmçinin, kitabxanalar tərəfindən Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin 1000 artıq çap və elektron nəşrləri təbliğ ediləcək. Sumqayıt şəhər Təhsil Şöbəsi və Sumqayıt şəhər Səhiyyə Şöbəsi də bayram tədbirinə öz sərgiləri ilə qatılacaq. Kitab bayramında həmçinin, “Sumqayıt” kitab evi, “Məktəbli” kitab evi, “Zəka” kitab evi, NT kitab mağazası, “Parlaq imzalar” nəşriyyat evi, “Bukinist” kitab mağazası”, “Hədəf” nəşriyyatı, “Qanun” nəşriyyatı, “Zərdabi” nəşriyyatı, “Akademkitab” mağazası, “Azəri” kitab mağazası, “Kitablar aləmi”, “Altun Kitab” MMC kitab mağazası, “Qələm nəşriyyatı”, “Azəri” poliqrafiya nəşriyyatı, “Qədim qala” nəşriyyat evi, Kitabevim.az kitab mağazası, Xan nəşriyyat evi də öz sərgiləri ilə iştirak edəcək və kitab satışı təşkil olunacaq. Sərgilərdə 10000-ə yaxın ədəbiyyatın nümayişi və satışı nəzərdə tutulub. Bayram tədbiri Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyorlarının və Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin yaradıcı kollektivlərinin iştirakı ilə səhnələşdirilmiş tamaşa və maraqlı konsert proqramı ilə davam etdiriləcəkdir. Səməd Vurğun adına Mərkəzi kitabxananın əməkdaşları təbdir iştirakçıları arasında sorğu keçirəcəklər. Ümumşəhər tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, icra nümayəndələri, şəhər ziyalıları, təhsil və mədəniyyət müəssisələrinin kollektivləri, mətbuat nümayəndələri və digər qonaqlar iştirak edəcəkdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı