KRİMİNAL 2020.10.09 22:00

Sumqayıtda zavodun həyətində yanğın baş verib

97

Bu gün saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azkompozit” zavodunun həyətində toplanmış müxtəlif tərkibli materialların alışması nəticəsində güclü yanğın hadisəsi baş verib.

Bu barədə “Report”a ETSN-nin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. O bildirib ki, ətrafa və atmosferə yayılması ehtimalı olan tullantıların tərkibini və həcmini müəyyən etmək üçün monitorinqlər keçirilir. Nəticələr barədə əlavə məlumat veriləcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı