ƏSAS SƏHİFƏ

“Suriya: Regionda xaos” adlı mühazirə keçiriləcək

815

Azərbaycan Ərəbşünaslar Şəbəkəsi sizi akademik mövzular çərçivəsində Yaxın və Orta Şərqin müasir durumu ilə yaxından tanışlıq üçün ilk mühazirəyə dəvət edir.
28 dekabr saat 12.00-da “Suriya və Regionun indiki durumu” mövzusunda gənc siyasi tədqiqatçı, “Strateji Baxış İnstitutunun” araşdırmaçısı, Yaxın Şərq Beynəlxalq Tədqiqatlar Klubunun (Fransa) İdarə heyətinin üzvü Fuad Şahbazovun mühazirəsini dinləyəcəksiz.
Fuad Şahbazov hazırda Yaxın Şərq üzrə tədqiqatçıdır. 2012-ci ildə özünün “Suriya 1946-2012” adlı ilk kiabını nəşr etdirmişdir.
Bundan əlavə Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya və Yunanıstanın bir sıra elmi məcmuələrində araşdırmaları çap olunmuşdur.
Tədbirdə iştirak qeydiyyatladır. İştirak edəcək şəxslərdən aşğıdakı online forma vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.
https://docs.google.com/forms/d/1OUinYUiEzIoJGM682f6TmETm5kYRYr3joF0SgD_fwCM/viewform?usp=send_form
Ünvan: Təbriz Xəlilbəyli 12 (MUM-un arxası)
Ünvanı tapmaq üçün bu video xəritəni izləyə bilərsiniz:https://www.youtube.com/watch?v=rMOGSPYpvJg
Əlaqə telefonu: 055 514 69 89
Tədbir iştirakçılarından arzu edənlərə email vasitəsilə tədbirdən sonra müəllifin kitabının pdf forması göndəriləcəkdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı