CƏMİYYƏT 2020.11.08 21:15

Şuşanın azad edilməsi haqqın öz yerini tapdığını sübuta yetirdi – İranlı deputat

21

Şuşanın işğalçılardan azad edilməsi haqqın, ədalətin öz yerini tapdığını sübuta yetirdi.

Bunu Trend-ə açıqlamasında İran parlamentinin deputatı Əhməd Əlirza Beygi deyib.

Ə.Əlirza Beyginin sözlərinə görə, Şuşa məscidindən azan səsinin eşidilməsi bütün dünyaya car çəkir ki, zülm yerdə qalmayacaq və haqq öz yerini tapacaq.

İranlı deputat qeyd edib ki, 28 il öncə ermənilərin Xocalıda və Qarabağın digər şəhər və kəndlərində qadın və uşaqlara qarşı cinayəti, zülmü yerdə qalmamalı idi.

Əlirza Beygi əlavə edib ki, biz bu gün bunun şahidi olduq. Allaha şükür edirik. Bizim qeyrətli Azərbaycanlı qardaşlarımız buna nail oldu:

“Hazırda Şuşanın azad olunması ilə fəxr edirəm, ürəkdən sevinirəm. Sevinirəm ki, Şuşa öz doğmalarına qayıdır.

Bu gözəl gün, zəfər günü münasibəti ilə Azərbaycan dövlətini, Azərbaycan xalqını təbrik edirik. Bu zəfər hamının ürəyindən sanki tikan çıxardı”.

Əlirza Beygi bildirib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı işğal olunmuş ərazilərin müzakirələr yolu ilə həll edilmədikdə, öz gücünə torpaqları işğaldan azad edə biləcəyini sübuta yetirdi. Çünki uzun illər davam edən müzakirələr Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması ilə nəticələnməmişdi.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı