DÜNYA 2020.03.26 00:00

Şvartsenegger koronavirusla mübarizəyə 1 milyon bağışladı

85

Hollivud ulduzu və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger koronavirus epidemiyasının dünyada sürətlə yayılmasına biganə qalmayıb.

Aktyor maddi dəstək olmaqla koronavirusla mübarizəyə töhfə verib. O, koronavirusla mübarizə qurumlarının birinə 1 milyon dollar bağışlayıb.

“Baxıram ki, insanlar hələ də restoranlara gedir. Virusa yoluxmaq istəyirsiniz? Ağıllı davranın və evinizdə qalın”, – deyə o bildirib.

Aktyorun verdiyi ianə tibbi avadanlıqlar və ləvazimatlara xərclənəcək.

Musavat.com

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı