SAĞLAMLIQ 2020.10.14 12:30

TƏBİB-in mütəxəssisi: “Əslində hamı peyvənd olunmalıdır”

24

Qış fəsli mövsümi qriplərin ən çox baş qaldırdığı, ən çox xəstəliyə səbəb olduğu dönəmdir. Azvision.az xəbər verir ki, bunu TƏBİB-in mütəxəssisi, həkim-infeksionist Nəzrin Mustafayeva deyib. Onun sözlərinə görə, respirator infeksiyalar əslində çoxdur.

“Bunlar təxminən bir-birinə oxşar, kəskin respirator xəstəlik törətmə qabiliyyətinə malik xəstəliklərə səbəb olurlar. Bunların arasında ən təhlükəlisi influenza virusudur ki, ümumi olaraq biz bunu mövsümü qrip xəstəliyi və ya qrip adlandırırıq. Bu virusun yaratdığı xəstəliyin qarşısını almaq üçün peyvəndlər var. Peyvəndlənmə statistikasına baxdıqda, bu, Avropa ölkələrində 50 faizə bərabərdir. İngiltərədə bu rəqəm 40-50 faiz, ABŞ-da 60-70 faizə bərabərdir.

Əslində hər kəs peyvənd olunmalıdır. Koronavirus pandemiyasının hələ də dünyada tüğyan etdiyi bir dönəmdə əlavə olaraq respirator infeksiyalar, onların arasında ağır gedişata səbəb olan qrip virusu ilə xəstələnmə halı da əlavə olunarsa, bu ikiqat xəstəliyin ağır gedişatına səbəb ola bilər”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı