ƏSAS SƏHİFƏ

Təcrübə Proqramı

1.2K

DVC tərəfindən növbəti “Təcrübə Proqramı” na start verilir. ”Təcrübə Proqramı” vasitəsilə DVC-nin komandasına qoşulub, real iş təcrübəsi qazanın!
“Təcrübə Proqramı” gənclərin könüllülük prinsipi əsasında təşkilatın fəaliyyətində iştirak edərək, əvəzolunmaz təcrübə əldə etmələrinə, həmçinin təşəbbüslərinin dəstəklənməsinə yaradılmış imkandır. Proqram vasitəsilə gənclər işgüzar həyatlarına ilk addımları atır, onları digərlərindən fərqləndirən, gələcəkdə uğurlu peşəkarlar kimi formalaşmalarında vacib olan təcrübi bilik, bacarıq və dəyərlər əldə edirlər.
Namizəd üçün meyarlar:
– 18-30 yaşarası
– Azərbaycan dilində səlis danışmaq bacarığı
– Verilmiş tapşırıqları dəqiq yerinə yetirməyə hazır
– Təşəbbüskar və məsuliyyətli
– Daima liderlik üçün can atması
– Komanda da işləmək bacarığı
– Kreativlik
– Müstəqil qərar qəbul etmə bacarığı və analitik düşüncə
– Xarici dil biliklərinə üstünlük verilir (ingilis dili, rus dili, fransız dili və s)
– Kompüterbiliklərinin olması

İş şəraiti haqqında məlumat:
-İş qrafiki:sərbəst (fərdi müzakirə olunur)
– Kompüterlərin, iş ləvazimatlarının və iş masalarının olması
– İclas, təlimvə seminar otaqları ilə təmin olunması

İştirak üçün www.career.dvc.az ünvanına daxil olub, qeydiyyatdan keçə bilərsiz.
Son qeydiyyat tarixi: 30.11.2014

Seçim 2 mərhələdən ibarət olmaqla həyata keçiriləcəkdir. Göndərilmiş CV formaları arasında uğurlu
CV formaları seçiləcək və 2-ci mərhələdə uğurlu CV sahibləri ilə müsahibə keçiriləcəkdir.

Aşağıda qeyd olunan Proqramlarda sizdə iştirak edə bilərsiniz:
Milli Debat Proqramı
“Youth Inc.” Gənc Sahibkarlıq Proqramı
“Yaşıl Düşüncə” Proqramı
İdarəetmə
Təşkilatda könüllülər Layihə assistenti kimi fəaliyyətə başlayır. Layihə assistenti kimi təşkilatın daxili nizam intizam qaydaları, korporativ kodeksi, təşkilatın tarixçəsi, dəyərləri ilə tanış olur, plan və büdcə üzrə fəaliyyət göstərməyi öyrənir. Layihə koordinatoru kimi layihənin plan və büdcəsinin hazırlanmasında iştirak edir, layihənin idarə olunmasında əlaqələndirici funksiyanı yerinə yetirir və layihənin hesabatçılığını aparır.Layihə meneceri kimi layihənin yazılması, planlaşdırılması, büdcənin tərtib edilməsi, layihə komandasının formalaşdırılması və idarə edilməsi funksiyasını həyata keçirir. Proqram meneceri kimi proqram standartlarını müəyyən edir, büdcələşmə və büdcəyə nəzarət, maliyyənin cəlb olunması funksiyalarını həyata keçirir. Top menecer kimi, təşkilati idarəetmə, strateji planlaşdırma, illik maliyyə planlarının və hədəflərinin formalaşdırılması, tərəfdaşlarla əlaqələrin qurulması və proqramların yaradılması funksiyalarını həyata keçirir.

Əlavə məlumat üçün:
DVC baş ofis (012 497 03 46)
Ünvan: 28 May metrosu yaxınlığı, Süleyman Rüstəm Küçəsi 7
Əlaqələndirici şəxs:
Təcrübə Proqramının koordinatoru – Məmmədli Sevda
[email protected] | 055 426 44 56

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı