DÜNYA 2020.04.09 05:06

Tədqiqatçılar infeksiyanın qarşısını ala bilən nanoplastinkalar hazırlayıblar

98

Plastik tibbi səthlərə düzülmüş qrafit nanoplastinkalar orada yapışıb qalan bakteriyaların 99,99%-ni məhv etməklə, infeksiyaya yoluxmanın qarşısını ala bilir. Bu, insanların antibiotiklərə davamlığını gücləndirən, böyük vaxt itkisinə və xərcə səbəb olan, milyonlarla insanı əhatə etmiş problemin ucuz və səmərəli həlli ola bilər.

Dialoq.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İsveçin Chalmers Texniki Universitetinin press-relizində bildirilib.

Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (ECDC) məlumatına görə, hər il Avropada dörd milyondan çox insan tibbi prosedurlar zamanı aldığı infeksiyalardan əziyyət çəkir. Bu infeksiyaların çoxu tibbi cihazların və insan bədənindəki implantların, o cümlədən kateterlərin, omba və diz protezlərinin, yaxud diş implantlarının ətrafında inkişaf edən bakterial infeksiyalardır. Müalicəsi çoxlu vaxt və böyük xərc tələb edən bu kimi bakterial infeksiyalar xəstələrə ağır əzablar verir.

Amma ən vacibi odur ki, implantların səthində bakterial infeksiyanın qarşısını alan nanoplastinkalar insanın sağlam hüceyrələrinə zərər vurmur. İnsan hüceyrələri bakterialardan təxminən 25 dəfə böyük olduğuna görə, qrafit nanohissəciklər parçalanaraq bakteriyaları məhv etsə də, insan hüceyrəsini çətinliklə cıza bilir.
İndi tədqiqatçıların gələcək səyləri müəyyən biotibbi tətbiqatlar üçün antibakterial səthlərin bütün potensialının açılması üzərində cəmlənəcək.

Çalmers Texniki Universiteti tədqiqatçılarının bu məqaləsi “Small” jurnalında dərc edilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı