ELM VƏ TƏHSİL

Təhsil naziri Pyotr Marçevskini qəbul edib

562

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov “Thomson Reuters” şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidenti Pyotr Marçevskini qəbul edib.

Görüş zamanı Azərbaycan üçün elmi nəşrlərin arxiv bazasının yaradılması sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Pyotr Marçevski “Thomson Reuters” şirkətinin dünyanın bir çox ölkəsində təhsil, elm, hüquq, maliyyə və bu kimi digər sahələrdə fəaliyyət göstərdiyini bildirib. O, şirkətin Azərbaycanla uzunmüddətli əməkdaşlıq etmək niyyətində olduğunu nəzərə çatdırıb.
Təhsil naziri Mikayıl Cabbarov bu sahədə qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirib və gələcək əlaqələrin əhəmiyyətini qeyd edib.
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı