ELM VƏ TƏHSİL 2020.03.25 16:14

Təhsil naziri “Təmiz əllər” kampaniyasına qoşuldu

47

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən start verilən “Təmiz əllər” kampaniyası davam edir. SİA-nın məlumatına görə, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardindən estafeti qəbul edən Təhsil naziri Ceyhun Bayramov kampaniyada iştirak edib və estafeti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpa ötürüb.

Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltməkdir.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı