ELM VƏ TƏHSİL

Təhsil Nazirliyi tabeliyindəki təhsil müəssisələrində iməcilik keçiriləcək

1.1K
Mayın 9-da Təhsil Nazirliyi tabeliyindəki təhsil müəssisələrində iməcilik keçiriləcək.
Təhsil naziri Mikayıl Cabbarov faşizm üzərində qələbənin 70 illiyi və müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində iməcilik keçirilməsi məqsədilə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinə ünvanlanmış telefonoqramma imzalayıb.
Müəllim, şagird və texniki işçilərin iştirakı ilə keçiriləcək iməciliklərdə təhsil müəssisələri ərazisində, tədris ocaqları daxilində abadlıq, yaşıllıq, təmizlik işlərinin görülməsi nəzərdə tutulub.
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı