ELM VƏ TƏHSİL

Təhsil Problemləri İnstitutunda Elmi Şuranın toplantısı

479

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda (ARTPİ) institutun Elmi şurasının növbəti iclası keçirildi. ARTPİ-nin  direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzovun  rəhbərliyi ilə keçirilən şurada öncə gündəlikdə göstərilən məsələlər səsləndirildi. “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsinə dair Təhsil Nazirliyinin 29 mart 2015-ci il tarixli əmrinin icrası ilə əlaqədar institutun “Tədbirlər planı”na, 2014-cü ildə elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul olunmuş şəxslərin dissertasiya mövzularının müzakirəsi və təsdiqinə, gündəlikdə yazılan digər əsas  məsələlərə  dair  çıxışlar dinlənildi. İnstututun direktor müavini  Ə. Abbasov  Təhsil Nazirliyinin 29 mart 2015-ci il tarixli əmrinin icrası ilə əlaqədar institutun “Tədbirlər planı” barədə çıxış elədi. İnstitutun fəaliyyəti ilə birbaşa əlaqəli olan sahələrdən danışdı.  Elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə 2014-cü ildə doktoranturaya və dissertanturaya qəbul olunmuş şəxslərin dissertasiya mövzularının müzakirəsi və təsdiqi barədə isə A. Abbasov və H. Əhmədov məlumat verdilər.  Pedaqogika və psixologiya problemləri üzrə elmi şuranın 13 fevral 2015-ci il tarixli iclasının qərarına əsasən, institutun bəzi doktorant və dissertantlarının  dissertasiya mövzularında dəqiqləşdirilmənin aparılması üzrə müzakirələr oldu.

Qabaqcıl müəllimlərin institutun elmi müxbirliyinə və əlavə elmi məsləhətçi kimi Elmlər doktoru proqramı üzrə dissertantın  qəbulu barədə və digər gündəlik məsələlərə dair qərarlar qəbul olundu. Sonra İnstitut əməkdaşları, doktorant və dissertantlar tərəfindən hazırlanmış əsərlərin nəşrə təqdim edilməsi barədə də məlumat verildi. Çıxışçılardan Ə. Abbasov, R. Qəndilov, M. Mahmudov,  H. Əhmədov, A. Abbasov, Y. Kərimov, İ. Cəbrayılov, R. Əsgərov, A. Hacıyev  və şuranın digər üzvləri dissertasiya mövzularının daha çox aktual problemləri əhatə edə biləcək sahələrə dair olmasını dedilər. İnstitutun əməkdaşları tərəfindən hazırlanmış monoqrafiyalara rəy və təkliflərini də bildirdilər.

Qulu Novruzovun rəhbərliyi ilə keçirilən Elmi Şurada qərara alınıb ki, institutun əməkdaşları və doktorantları tərəfindən hazır olmuş əsərlər nəşrə verilsin. Qarşıdan gələn yeni tədris ayları üçün daha səmərəli və aktual problemlərin həlli yollarını əhatə edən mövzular araşdırılsın və müzakirəyə verilsin.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı